Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / İqtisadiyyat / Bakıda əhali bu sahəyə 1.7 milyard manatdan çox pul xərcləyib

Bakıda əhali bu sahəyə 1.7 milyard manatdan çox pul xərcləyib

2019-cu ilin yanvar-aprel aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,7 faiz artaraq 1 milyard 715,5 milyon manat olub.
Trend-in məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 181,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 68,9 faizini təşkil edib.
2019-cu ilin yanvar-aprel aylarında iaşə dövriyyəsi isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,1 faiz artaraq 283,2 milyon manat olub.
Dövriyyənin 43,8 faizi hüquqi şəxs statuslu müəssisələrin, 56,2 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.
Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-aprel aylarına nisbətən 11,4 faiz azalaraq 124,1 milyon manat təşkil edib.

Həmçinin oxuyun

Azərbaycanda 1 milyon tona yaxın taxıl yığılıb

Respublika üzrə taxıl sahələrinin 31,1 faizində biçin başa çatıb. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, respublika …