Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / İqtisadiyyat / Bakı türkmən neftini Türkiyənin Ceyhan limanına göndərəcək

Bakı türkmən neftini Türkiyənin Ceyhan limanına göndərəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İsveç-Niderlandın «Vitol» şirkəti ildə 1 milyon ton türkmən neftini Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql etməyi razılaşdırıb.

Bu barədə türkmən.gom.tm portalı sentyabrın 13-də xəbər verib.

Əldə olunmuş razılaşmanın reallaşması cari ilin oktyabrında başlanacaq.

«Türkmənistandan alınmış neft bundan əvvəl tankerlərlə Rusiyanın çay və dəniz limanları ilə Novosibirskə, oradan isə neft boru kəməri ilə daşınırdı. İndi “Vitol” tərəfindən xammalın nəql edilən həcmləri bu marşrutla iki dəfə azala və ayda 80 min ton təşkil edə bilər» – nəşr qeyd edir.

SOCAR bundan əvvəl bəyan etmişdi ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft tədarükünü Rusiya və Türkmənistan şirkətlərini cəlb etməklə artıra bilər.

“Vitol” – karbohidrogen xammalı ticarəti üzrə dünya liderlərindən biridir, türkmən qara qızılını ENOC (BƏƏ) şirkətindən müddətli kontrakt əsasında alaraq tədarük edir.

Həmçinin oxuyun

Manatla krediti olanların nəzərinə – FƏRMAN

Sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyaların verilməsinin müddəti uzadılıb. Bu, …