Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / “Bakı-Tbilisi-Qars dəmir yolu böyük regionu birləşdirəcək” – Gürcü nazir

“Bakı-Tbilisi-Qars dəmir yolu böyük regionu birləşdirəcək” – Gürcü nazir

“Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu təkcə üç ölkəni – Azərbaycan-Gürcüstan və Türkiyəni deyil, Çindən Avropaya qədər daha böyük regionu birləşdirəcək”.

Bunu jurnalistlərə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Qeorqi Qaxariya deyib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsinə 2008-ci ildən başlanılıb və artıq bu layihə istifadəyə hazırdır: “Yaxın günlərdə Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə dövlətlərarası saziş əsasında tikilən bu dəmir yolunun rəsmi açılışı olacaq. Əminəm ki, bu layihə regionda inkişafa, sülhə, təhlükəsizliyə və xalqlarımızın rifahının yüksəlməsinə xidmət edəcək”.

Nazir bildirib ki, Bakı-Tbilisi-Qars layihəsi işə düşdükdən sonra Avropa ilə Asiyanı birləşdirəcək yeni dəmir yolu marşrutu yaradılacaq/Report.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …