Bazar , Sentyabr 24 2023
Ana səhifə / İqtisadiyyat / “Bakı-Tbilisi-Ceyhan”la xam neft ixracı artıb

“Bakı-Tbilisi-Ceyhan”la xam neft ixracı artıb

2023-cü ilin birinci yarısında “Bakı-Tbilisi-Ceyhan” (BTC) vasitəsilə təxminən 114 milyon barel (təqribən 15 milyon ton) xam neft və kondensat nəql olunub.

Bu barədə bp məlumat yayıb.

Bildirilib ki, bu rəqəm 2022-ci ilin birinci yarısında 107 milyon barel təşkil edib. Bu, BTC vasitəsilə tədarüklərin həcminin illik hesablamada 6,5 faiz artması deməkdir.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2023-cü ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 546 milyon tondan çox (4,1 milyard barel) xam neft nəql edilib.

2023-cü ilin birinci yarısında “Bakı-Tbilisi-Ceyhan” (BTC) üzrə əməliyyat xərclərinə təxminən 59 milyon dollar, əsaslı xərclərə isə 18 milyon dollar vəsait sərf olunub.

Həmçinin oxuyun

Sığorta yığımlarında KƏSKİN ARTIMİN SƏBƏBİ?

“Mərkəzi Bankın açıqladığı son hesabata əsasən, yanvar-avqust ayları ərzində sığorta şirkətləri tərəfindən ötən illə müqayisədə …