Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Bakı-Supsa kəmərinin açılışından 21 il ötdü

Bakı-Supsa kəmərinin açılışından 21 il ötdü

Azərbaycan neftinin dünya bazarına çıxarılmasını təmin edən ilk beynəlxalq layihə olan Bakı-Supsa neft boru kəməri adı ilə tanınan Qərb İxrac Boru Kəmərinin (QİBK) 21 ili tamam olur.

1999-cu il aprelin 17-də Supsa terminalının təntənəli açılışı olub. Həmin gün Xəzərin Azərbaycan sektorundakı “Çıraq” platformasından hasil edilmiş 80 min ton neftlə yüklənmiş ilk tanker Supsa terminalından dünya bazarına yola salınıb. Bununla da, Azərbaycan xam neftinin tankerlər vasitəsilə Bosfor boğazından keçərək dünya bazarına çatdırılmasına başlanılıb.

Kəmərin tikintisi 1996-cı ildə başlayıb və iki idən bir qədər artıq davam edib.

Diametri 530 mm Bakı-Supsa neft kəmərinin uzunluğu 830 kilometrdir. Boru kəmərinin obyektlərinə – üçü Azərbaycanda, üçü isə Gürcüstanda olmaqla altı nasos stansiyası daxildir. Həmçinin Gürcüstanda iki təzyiqazaltma stansiyası yerləşir. Kəmərin gəmiyükləmə qabiliyyəti 600 000 bareldən 1 milyon barelə qədərdir.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …