Çərşənbə axşamı , Dekabr 5 2023
Ana səhifə / Cəbhə Xəbərləri / Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Qırdəhal” MMC olub.
Yeniavaz.com xəbər verir ki, İdarə itlər üçün quru yemin satın alınmasına görə “Qırdəhal” MMC-yə 117 min 500 manat ödəyəcək.
İtlər üçün alınacaq quru yemlərə aşağıdakılar daxildir:
1. Böyük itlər üçün mal ətindən hazırlanmış quru yem – 20 min kiloqram
2. Balaca itlər üçün qarışıq tərkibli quru yem – 5 min kiloqram
Nizamnamə kapitalı 10 manat olan “Qırdəhal” MMC-nin hüquqi ünvanı Lerik rayonu, Andurma ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Müseyibov Cavid Cahangir oğludur.

Həmçinin oxuyun

“İqtisadiyyatı “dubinka” ilə idarə etmək mümkün deyil”

“Hörmətli qalstuklu müəllimlər, bir çox məsələləri “dubinka” ilə həll edə, sakitçiliyi, pvesdo-sabitliyi müvəqqəti olaraq “dubinka” …