Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Bakı-Gəncə qatarının qiyməti açıqlandı – 4 saata 100 manat

Bakı-Gəncə qatarının qiyməti açıqlandı – 4 saata 100 manat

“Azərbaycan Dəmir Yolları” QSC  dekabrın 30-dan etibarən Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verir. “Qafqazinfo” xəbər verir ki, layihə Bakı və Gəncə şəhərləri, eləcə də həmin xətt üzrə yerləşən rayonlarla nəqliyyat əlaqələrinin genişləndirilməsinə və əhalinin sosial sifarişinin ödənməsinə hesablanıb. 

Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürət qatarı hər ayın cüt tarixlərində Bakıdan, tək tarixlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşəcək. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir. Sərnişinlərin nəzərinə çatdırırıq ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var. Gediş biletləri dəmiryol kassalarında və internet saytında onlayn satılır.

 

 

Istiqamət

 

Məsafə

km

Siniflər üzrə Tariflər

(ƏDV daxil olmaqla)

(AZN)

Standart Biznes Birinci klass
Bakı-Gəncə 364 15.0 50.0 100.0
Bakı-Goran 319 14.0 47.0 93.0
Bakı-Yevlax 294 13.0 43.0 87.0
         
Biləcəri -Gəncə 350 14.0 47.0 93.0
Biləcəri -Goran 305 14.0 47.0 93.0
Biləcəri -Yevlax 280 13.0 43.0 87.0
         
Yevlax -Gəncə 70 4.0 15.0 30.0
Yevlax -Goran 25 3.0 11.0 23.0
Yevlax -Biləcəri 280 13.0 43.0 87.0
Yevlax – Bakı 294 13.0 43.0 87.0
         
Goran -Gəncə 45 4.0 12.0 25.0
Goran -Yevlax 25 3.0 11.0 23.0
Goran -Biləcəri 280 13.0 43.0 87.0
Goran- Bakı 319 14.0 47.0 93.0
         
Gəncə – Goran 45 4.0 12.0 25.0
Gəncə – Yevlax 70 4.0 15.0 30.0
Gəncə – Biləcəri 350 14.0 47.0 93.0
Gəncə – Bakı 364 15.0 50.0 100.0
         

 

 




Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …