Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Bakı bazarlarında qiymətlər düşdü

Bakı bazarlarında qiymətlər düşdü

Virtualaz.org-da Bakıda sitrus meyvələrinin qiymətinin xeyli qalxması ilə bağlı məqalə işıq üzü görəndən sonra paytaxt market və bazarlarında qiymətlərin enməsi müşahidə olunur. Monitorinq göstərib ki, Bakı supermarketlərində satılan Afrika ölkələrindən gətirilmiş sitrus meyvələrinin qiyməti 4,40 manatdan 3,70 manata enib. Türkiyə portağalının qiyməti isə 3,80 manatdan 2,80 manata düşüb.

Dövlət Gömrük Komitəsindən virtualaz.org-a verilən məlumata görə, qiymətlərin aşağı düşməsinə səbəb meyvələrin ölkəmizə idxalının xeyli artmasıdır. Bakıda naringi, portağal, limon və qreypfrut tapmaq heç bir çətinlik törətmir.

“Bu il sitrus meyvələrində çatışmazlıq olmayacaq. Gömrük tərəfindən heç bir məhdudiyyət olmayıb. Sirtus meyvələrinin qiymətində eniş artıq başlayıb və alıcılar özləri də bunun şahididir”, – Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, ötən həftə virtualaz.org Bakıda sitrus meyvələrinin xeyli bahalaşmasından yazmışdı. Orta hesabla meyvələrin qiyməti 50% qalxmışdı. Ekspertlər bu cür vəziyyəti bazarda inhisarçılıqla əlaqələndirmişdilər.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …