Ana səhifə / İqtisadiyyat / “Bakcell”dən sosial şəbəkə istifadəçiləri üçün maraqlı müsabiqə

“Bakcell”dən sosial şəbəkə istifadəçiləri üçün maraqlı müsabiqə

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti sosial şəbəkələrdən aktiv istifadə edən abunəçiləri üçün maraqlı müsabiqə keçirib.

Noyabr ayının 21-də start götürmüş müsabiqəyə qatılmaq üçün abunəçilər “Bakcell”in “Facebook” və “İnstagram”dakı rəsmi səhifələrində keçirilən səsvermədə baxmaq istədikləri filmə səs verməli, həmin filmin sıra nömrəsini şərhdə qeyd etməli, Bakcell səhifəsini və müsabiqə barədə postu bəyənib paylaşmalı idilər.

Müsabiqədə iştirak etmiş yüzlərlə abunəçidən 75 nəfər qalib www.random.org saytı vasitəsilə təsadüfi qaydada müəyyən edilib. Qaliblər ən çox səs toplamış filmə 2 bilet qazanıblar.

Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Şirkətin müştəri məmnuniyyəti strategiyası əhalinin bütün təbəqələrinin tələb və ehtiyacları nəzərə alınmaqla dünyanın aparıcı şirkətlərinin və yerli bazarın tələblərinə əsaslanır.

Sosial media vasitələri məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və müştərilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox populyar sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir.

Qeyd edək ki, “Bakcell” şirkəti 2018-ci ilin birinci və ikici rübü ərzində abunəçi sorğularının 100%-ni cavablandıraraq göstərdiyi yüksək nəticəyə görə xüsusi sertifikatla təltif olunub. Sertifikat xüsusi analitik platforma vasitəsilə dünya üzrə məşhur şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqi ilə məşğul olan tanınmış “Socialbakers” şirkəti tərəfindən təqdim edilib. Həmçinin, 2017-ci ildə “Bakcell” dörd dəfə “Socially Devoted” sertifikatına layiq görülüb. “Bakcell”in “Facebook” səhifəsinin 400 mindən artıq istifadəçisinin olması bu nailiyyəti daha da vacib və təqdirəlayiq edir.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …