Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Bakcell və Hesab.az avtomatik ödəniş funksiyasını təqdim edib

Bakcell və Hesab.az avtomatik ödəniş funksiyasını təqdim edib

Tamamilə pulsuz təqdim olunan bu xidmətdən istifadə etmək üçün abunəçilər hesab.az portalında qeydiyyatdan keçərək, bank kartının məlumatlarını daxil etməli və avtomatik ödəniş növü kimi “Bakcell Top-Up” funksiyasını seçməlidirlər. Qeyd edək ki avtomatik ödəniş üçün 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və ya 50 AZN məbləğ təyin oluna bilər. Xidmətə qoşulan kimi istifadəçilərə 300 MB həcmində pulsuz internet trafiki HƏDİYYƏ ediləcək. İlk avtomatik ödənişdən sonra pulsuz internet trafiki nömrənin balansına yükənilərək 3 gün ərzində istifadə oluna bilər. Yeni xidmət barədə ətraflı məlumat https://www.bakcell.com/az/automatic-top-up səhifəsində təqdim olunub. Azərbaycanın ən müştəri yönümlü və innovativ telekommunikasiya xidmətləri təchizatçısı olan Bakcell öz abunəçilərini rəqəmsal müştəri təcrübəsi ilə yanaşı ən yeni məhsul və xidmətlərlə  təmin edir. Şirkət bunun üçün zəruri olan ən sürətli və yüksək keyfiyyətli mobil rabitə şəbəkəsi qurmağa nail olub.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …