Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / İqtisadiyyat / “Bakcell” mobil texnologiya sahəsində ən son yenilikləri ölkəyə gətirir (FOTO)

“Bakcell” mobil texnologiya sahəsində ən son yenilikləri ölkəyə gətirir (FOTO)

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti mobil sənayenin paytaxtı Barselonada keçirilən Dünya Mobil Konqresinə qatılıb. GSMA tərəfindən təşkil olunan Dünya Mobil Konqresi (Mobile World Congress) mobil telekommunikasiya sahəsinin ən nüfuzlu və ən böyük tədbirlərdən biri sayılır.

Ənənəvi olaraq hər il keçirilən bu tədbir çərçivəsində 2400-dən artıq şirkət tərəfindən mobil kommunikasiya bazarının gələcəyini təşkil edəcək ən son məhsul və texnologiyalar nümayiş olunur, dünya səviyyəli konfranslar və peşəkar panel müzakirələri keçirilir.

Konqresdə iştirak edən “Bakcell” nümayəndələri burada təqdim olunan ən son texnoloji yeniliklər və sənayenin ən müasir tendensiyaları ilə tanış olub, bir sıra maraqlı panel və müzakirələrdə iştirak ediblər.

İnnovasiyalar sahəsində lider olan “Bakcell” şirkəti Azərbaycandakı mobil rabitə istifadəçilərinin ən son texnologilayardan yararlanması üçün əlindən gələni edir. Qlobal telekommunikasiya tendensiyaları ilə ayaqlaşmaq məqsədilə, “Bakcell” müntəzəm qaydada ən nüfuzlu telekommunikasiya tədbirləri və sərgilərdə iştirak edərək abunəçilərinə ən yüksək səviyyədə xidmət göstərməyinə kömək edə biləcək ən yaxşı ideyalar ilə qayıdıb onları tətbiq etməyə çalışır. “Bakcell” öz şəbəkəsinə və müştəri təcrübəsinin daha da inkişaf etdirilməsinə sərmayə yatırmağa davam edəcək.

Həmçinin oxuyun

Xudafərinin iqtisadi və geosiyasi əhəmiyyəti… (ŞƏRH)

Azərbaycan Ordusunun ardıcıl qələbəsi nəticəsində Xudafərin körpüləri işğaldan azad olunub. Bununla Azərbaycan tarixi torpağına qovuşmaqla …