Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Bağdadda terror aktının törədildiyi yerdən video yayımlanıb

Bağdadda terror aktının törədildiyi yerdən video yayımlanıb

Xəbər verdiyimiz kimi, bu gün səhər Bağdadda partlaytıcı qurğu yerləşdirilmiş avtomobilin partlaması nəticəsində onlarla insan həlak olub və yaralanıb.

Virtualaz.org xəbər verir ki, internet şəbəkəsində partlayış yerindən video yayımlanıb. Həmin videonu diqqətinizə çatdırırıq:

*   *   *15:33

Bağdadda törədilmiş terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Virtualaz.org xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.

*   *   *14:24

İraqın paytaxtı Bağdadda minalanmış avtomobilin partladılması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

Bu barədə Bağdad polisi məlumat yayıb.

*   *   *12:53

Bağdad şəhərinin yaxınlığında bu gün səhər daha bir terror aktı törədilib. Virtualaz.org “Reuters” agentliyinə istinadən xəbər verir ki, minalanmış avtomobilin partladılması nəticəsində azı 10 nəfər həlak olub.

Partlayış İraq paytaxtının Mədinət-əs-Sədr rayonunda törədilib. 35 nəfərin yaralandığı bildirilir.

Hələlik heç bir terror qruplaşması bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın