Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / İqtisadiyyat / Bəzi məhsullar gömrük rüsumundan azad edildi

Bəzi məhsullar gömrük rüsumundan azad edildi

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı genişləndirilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra – martın 30-da qüvvəyə minir.

Həmçinin oxuyun

Azad olunmuş ərazilərdə yol infrastrukturu bu cür olacaq

İşğal altında olmuş həm respublika, həm də yerli əhəmiyyətli bütün yollar (2661 kilometr) tam təmir …