Çərşənbə , İyul 24 2019
Ana səhifə / İqtisadiyyat / Bəy və gəlini kranla 7-ci mərtəbəyə qaldırdılar – FOTO/VİDEO

Bəy və gəlini kranla 7-ci mərtəbəyə qaldırdılar – FOTO/VİDEO

Moderator.az xəbər verir ki, Türkiyənin Aydın şəhərində toydan sonra yeni aldıqları mənzilə yollanan bəy və gəlin 7-ci mərtəbəyə kranla qalxıb. Binanın inşaatını həyata keçirmiş firma liftin işləmədiyini görüb bəy və gəlinə kran çağırıb.
Əvvəlcə bunun zarafat olduğunu zənn edən bəy firma müdirinin fikrində ciddi olduğunu görəndə onu fikrindən daşındırmağa çalışıb. Ancaq müdir israr edincə bəy və gəlin kranla 7-ci mərtəbəyə qalxmağa razılaşıb.
Bəy və gəlin hündürlükdən qorxmadığını, ancaq inşaat firmasının kran surprizindən şok olduğunu dilə gətirib. İnşaat firmasinin müdiri isə toy günü liftdə texniki problem yarandığını, problemi gün ərzində aradan qaldıra bilmədiklərinə görə, bəy və gəlinə rahat olması üçün kran çağırdıqlarını qeyd edib.

Həmçinin oxuyun

CAHANGİR HACIYEVİN VURDUĞU ZİYAN NEÇƏ MİLYARDDIR? – “Aqrarkredit”dən açıqlama

“Beynəlxalq Bank işi” ilə bağlı uzun müddətdir davam edən məhkəmə prosesində bankın sabiq sədri Cahangir …

Bir cavab yazın