Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / İqtisadiyyat / Bəy toy günü həbs edildi, gəlin isə… – FOTOLAR

Bəy toy günü həbs edildi, gəlin isə… – FOTOLAR

Türkiyənin Batman əyalətində yaşayan Orxan Çelik adlı bəy toy günü həbs edilib.

Yüngül cinayət üzündən həbs olunan bəy toyda iştirak etmək üçün ədliyyə orqanlarından icazə istəyib. Hüquq-mühafizə orqanları onun müvəqqəti olaraq təcridxanadan çıxmasına icazə verib. Bəyin icazə müddəti bitsə də, o, həbsxanaya qayıtmayıb. Nəticədə polis onu yenidən nəzarətə götürüb.

Məlum olub ki, Orxanın icazə günləri toyun tarixi ilə üst-üstə düşməyib. O, toyunda iştirak etmək üçün həbsxanaya gec qayıtmağa qərar verib. Asayiş keşikciləri isə ona güzəşt etməyib. Bəyin həbs olunması ilə gəlin kürsüdə tək əyləşməli olub. Xanımın toy boyu qəmgin olduğu diqqət çəkib. O, açıqlamasında ömrünün sonuna kimi həyat yoldaşını gözləyəcəyini bildirib.(atv.az)

Həmçinin oxuyun

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 126 milyon manat zərərdə

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2019-cu ili 56,166 milyon manat xalis zərərlə başa vurub. …

Bir cavab yazın