Ana səhifə / İqtisadiyyat / Bərzani: Kürdlər müharibə edəcək

Bərzani: Kürdlər müharibə edəcək

Biz BMT-dən referendumu təxirə salacağımız təqdirdə başqa alternativlər istədik, ancaq onlar bizə heç bir alternativ yol göstərmədilər. Buna görə də bu referendumu həyata keçirəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri “BBC Türk”ə müsahibəsində İraq Kürd Muxtar Vilayətinin lideri Məsud Bərzani deyib. O bildirib ki, Kürdüstanın referendum qərarı beynəlxalq qaydalara zidd deyil.

Bərzani şiələrin onu Kürdüstanın sərhədlərinə görə təhdid etməsinə də münasibət bildirib:

“Əgər bizi sadəcə sözlə təhdid edirlərsə, etsinlər. Ancaq bundan irəli getsələr, fərqli davranacağıq. Əgər onlar Kürdüstandakı vəziyyəti zor gücü ilə dayandırmağa cəhd etsələr, kürdlər müharibə edəcək”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın