Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Bərbərlərdən yeni icad- saç təraşında odla yandırma üsulunu (FOTO)

Bərbərlərdən yeni icad- saç təraşında odla yandırma üsulunu (FOTO)

Qəzzanın cənubunda yerləşən Rifah şəhərində bərbərliklə məşğul olan Ramazan Advan, tez-tez yaşanan elektrik kəsintiləri səbəbi ilə saç təraşında odla yandırma üsulunu istifadə etməyə başlayıb.
Moderator.az xəbər verir ki, köhnə üsul olan yandırma ilə saç kəsmə, Qəzzada yaşanan elektrik kəsintiləri səbəbi ilə yenidən istifadə edilməyə başlanılıb. Anadolu agentliyinin müxbirinə müsahibə verən Advan, elektrik çətinliyi səbəbi ilə bu üsula müraciət etdiyini və xüsusilə son model seqment istəyən müştərilərinə bunu tətbiq etdiyini qeyd edib.
Xüsusilə elektrik enerjisi ilə çalışan fen maşınlarının yerinə bu metoddan istifadə edən Advan, kimyəvi maddələrdən hazırladığı və kiçik boruların içinə yerləşdirdiyi bir qarışığı müəyyən miqdarda və müəyyən məsafədən saçın üzərinə çilədiyi və atəşin tutuşması ilı saçı təraş etməyə başladığını söyləyib. Advan, saçı yandırmaq üçün istifadə etdiyi maddənin zərərli olmadığını və bütün dünyada istifadə edildiyini ifadə edib.
Advan, istifadə etdiyi bu üsulun həm istiliyin saça keçməsi sayəsində fen maşınının vəzifəsini gördüyünü, qan dövranını hərəkətə keçirdiyini, həm də saç foliküllərini canlandırdığını və daha yumşaq hala gəlməsini təmin etdiyini dilə gətirib.
Advan, Qəzzadakı bir çox bərbərin bu metoddan öyrənmək istədiyini bildirib.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın