Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / “Azercell”dən kütləvi imtina-Abunəçilər mobil nömrələrini digər operatora daşıyırlar

“Azercell”dən kütləvi imtina-Abunəçilər mobil nömrələrini digər operatora daşıyırlar

“Azercell” mobil operatorunun abunəçiləri problemlə üzləşib.

Xalq.az xəbər verir ki, abunəçilər artıq bir neçə gündür ki normal zəng edə bilmədiklərindən şikayətlənir.Sosial şəbəkələrdə abunəçilər “Azercell” nömrələrinə zəng çatmadığını, gün ərzində problemin aradan qaldırılmadığını deyirlər. “Azercell”in müştəri xidmətlərinə zəng etmək mümkün olmayıb. Abünəçilər müştəri xidmətlərinə gedib problemlərin həll etmək istəsələrdə müştəri xidmətlərində olan növbədən məsələni həll etmək mümkün olmayıb. Sosial şəbəkələrdə əldə olunan məlumat görə, Azercell istifadəçiləri nömrələrini digər operatorlar keçirdir.

“Azercell”dən isə bildiriblər ki, ən yaxın saatlarda səs xidmətləri də bərpa ediləcək. Lakin məlumatlara görə problem həll olunmayıb.

 

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …