Ana səhifə / İqtisadiyyat / Azercell satışa çıxarıla bilər

Azercell satışa çıxarıla bilər

İsveç şirkəti Azərbaycanı tərk edir.

TeliaSonera tədricən “Avrasiya” regionunda fəaliyyətinə son qoyaraq, bütün diqqətini “Avropa” regionuna və İsveç bazarına yönəldəcək, telekommunikasiya şirkətinin mətbuat xidməti cümə axşamı bildirib, Oxu.Azİnterfaks-a istinadən xəbər verir.

“Proses “Avrasiya” regionunda iştirakı azaltmaq və bir müddət sonra onu tamamilə tərk etmək üçün başlanılıb”, – deyə, şirkətin bəyanatında qeyd olunur.

TeliaSonera “Avrasiya” regionuna keçmiş SSRİ ölkələri – Qazaxıstan, Özbəkistan, Tacikistan, Azərbaycan, Moldova, Gürcüstan, həmçinin Nepalı aid edir.

Qeyd edək ki, TeliaSonera Azərbaycanın Azercell mobil operatorunun səhmlərinin 38,1%-nə sahibdir.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın