Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın Dublin şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində mühüm görüşlər keçirib. Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşdə ölkələr arasında sülh gündəliyinin irəlilədilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Nəqliyyat və tranzit əlaqələrinin inkişafı, iqtisadi-ticari münasibətlər ölkələr arasındakı sülhün daha da möhkəmləndirilməsinə yönəlmiş praktiki addımlar olmaqla yanaşı, regional inkişafa da xüsusi töhvə verir.
2026-cı ilin ilk 9 ayında Azərbaycan ilə Ermənistan arasındakı ticarət dövriyyəsi 17 milyon 603 min dollar olub. Həmin dövrdə Ermənistandan idxal da həyata keçirilib. İdxalın həcmi isə cəmi min dollar olub.
Azərbaycan ilə Ermənistan arasında hansı məhsullar üzrə ticarət qurulub?
İki ölkə arasında 5 məhsul kodu üzrə idxal və ixrac əməliyyatları həyata keçirilir. Rəsmi statistikaya əsasən, Ermənistandan buket düzəltmək üçün yararlı və ya dekorativ məqsədlər üçün təzə qızılgüllər idxal edilib. Azərbaycan isə qonşu ölkəyə isə tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az olan oktan ədədi ilə mühərrik benzinləri, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə digər mühərrik benzinləri, ağır distilyatlar və eləcə də qazoyllar və plastmas inşaat detalları göndərib. Göründüyü kimi, Azərbaycan Ermənistana yalnız yanacaq deyil, həmçinin plastmas inşaat detalları da ixrac edib. Bu məhsul üzrə ixracatımız 583 min dollar olub. Ən böyük ixrac isə dizel yanacağı da daxil olmaqla ağır distilyatlardır. Bu məhsula görə Ermənistan Azərbaycana 14 milyon 261 min dollar ödəyib.
Dublində təşkil edilən ölkə rəhbərlərinin görüşündə Azərbaycan ilə Ermənistan arasında iqtisadi və ticari əlaqələrin daha da inkişaf etdirilməsi imkanları, o cümlədən gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsinin aparılması bir daha təsdiq edir ki, ticarət dövriyyəsinin artırılması imkanları genişdir. Sülh gündəliyi də ölkələr arasındakı ticarət dövriyyəsinə də təsirsiz ötüşmür.
Vüqar Bayramov, millət vəkili