Bazar ertəsi , Sentyabr 21 2020
Ana səhifə / İqtisadiyyat / AZAL-da təmizləmə başladı: İdarə rəisi və müavinləri işdən çıxarıldı

AZAL-da təmizləmə başladı: İdarə rəisi və müavinləri işdən çıxarıldı

Prezident İlham Əliyevin bir neçə gün əvvəl keçirdiyi müşavirədə bəzi dövlət şirkətlərinin yarıtmaz fəaliyyətini kəskin tənqid etməsindən sonra həmin qurumlarda təmizləmə əməliyyatına start verilib.

Təmizləmə əməliyyatının həyata keçirildiyi qurumlardan biri də AZAL-dır.

Mənbənin verdiyi xəbərə görə, şirkətin Təhlükəsizlik İdarəsinin rəhbər heyəti tamamilə işdən azad edilib. İşdən azad edilən şirkət təmsilçiləri sırasında Baş İdarə rəisi Elxan Orucov, onun müavinləri Etibar Cəbrayilov və Əli Qurbanəliyev də var.

Məlumat üçün qeyd edək ki, Elxan Orucov Cahangir Əsgərovun təhlükəsizlik üzrə müşaviri və AZAL Oil-un direktoru Fəxrəddin Qazibəyovun köməkliyi ilə 2013-cü ildə bu vəzifəyə təyin olunub.

Bundan başqa, şirkətin Təhlükəsizlik İdarəsinin şöbə rəisi Mehman Qədiməliyevin də işdən azad edilıməsi ilə bağlı ərizəsi alınıb./Olaylar.az

Həmçinin oxuyun

ABŞ kəşfiyyatı Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarladı

ABŞ Maliyyə Nazirliyinin ən qapalı strukturlarından biri olan maliyyə cinayətləri ilə mübarizə bölməsi FinCEN Azərbaycanın …