Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / İqtisadiyyat / AZAL Azərbaycana belə zərbə vurur… – Ekspert

AZAL Azərbaycana belə zərbə vurur… – Ekspert

“Azərbaycanda aviabiletlərin qiymətinin baha olmasının yeganə səbəbi AZAL-ın inhisarçılıq siyasətidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Bakıdan Türkiyənin İstanbul şəhərinə uçuş biletlərinin qiymətinin 300 dollara olmasına münasibət bildirərkən deyib. O deyib ki, AZAL nəinki bazara nəzarəti tam öz əlinə götürüb, hətta bazara daxil olmaq istəyən şirkətlərə süni əngəllər yaradır: “Ya da buraxdığı şirkətlərlə öz qaydalarına uyğun işləməsinə, yəni, AZAL-ın qaydalarına uyğun işləməsi üçün təzyiq göstərir. Yoxsa həmin şirkətlərin Azərbaycan bazarında işləməsinə maneçiliklər törədərlər. Ona görə də lokos şirkətlər, ucuz hava daşımaçılığı olan şirkətlər Azərbaycana gələ bilmirlər. Gəlsələr də, AZAL-ın qaydaları ilə işləməyə məcbur qalırlar”.  Natiq Cəfərli qeyd edib ki, AZAL-ın bu inhisarçılıq siyasəti həm ölkə vətəndaşlarının cibinə ziyan vurur, həm də postpandemiya dövründə turizmin inkişafı üçün əsas əngəllərdən biridir:
“AZAL-ın bu siyasəti nəticədə Azərbaycanın turizm potensialına da böyük zərbə vurur”.

Həmçinin oxuyun

Neftin qiyməti 74 dollara qədər arta bilər – “Bloomberg”

Koronavirus pandemiyası dövründə dünyakı anbarlarda saxlanılan neft ehtiyatları praktiki olaraq azalıb və bu da cari …