Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / “Azərsun”un “Hayastan daxilində Qarabağ”ı

“Azərsun”un “Hayastan daxilində Qarabağ”ı

“Azərsun”un sponsorluq etdiyi verilişdə “Hayastan daxilində Qarabağ” mahnısı səsləndi – birbaşa erməni-daşnak təbliğatına xidmət edən reklam idi. Bildiyimiz kimi, ermənilər Qarabağa “Artsax” deyir. Lakin bütün dünya bizim həmin Cənnət məkanımızı Karabakh kimi tanıdığından ermənilər Azərsunun sponsorluq etdiyi həmin verilişdə dünya ictimaiyyətinə “Hayastan içində QARABAĞ” deyə xitab edirdilər.

“Azərsun” daxildə vecinə almadığı xalqı xaircdə düşünə bilərmi?

“Azərsun” məhsullarının millətə xeyri ilə Rusiyada sponsorluq etdiyi verilişin faydası düz mütənasibdir. Ölkə daxilində milləti zərərli məhsullarla zəhərləməyi bəs deyil, xarici ölkələrdə də reklam siyasəti yürüdərkən mənafelərimizi nəzərə almır. Sən erməni diasporunun təsir imkanlarını hesablamadan xaricdə reklam siyasəti yürütməyə girişirsənsə, nəticə bu olacaq. Bəlkə də “Azərsun”u baş vermiş hadisənin nəticəsini hələ də dərk etmir və sıradan hadisə sayır. Bəlkə də bilərəkdən etməyib. Ancaq biznesin, həm də böyük biznesin böyük siyasət olduğunu dərk etməyibsə, o zaman vay bu holdinqin halına və vay bizim halımıza!

Yadıma adı çəkilən holdinqin prezidenti Abdulbari Gözəlin iki ay əvvəl verdiyi açıqlama düşdü. Adam deyirdi ki, siqaret də istehsal edə bilərdim, lakin milləti zəhərləmək istəmədiyimdən bu işlə məşğul olmadım. O zaman cavab yazmışdım ki, zərərli yağ, az şəkərsiz qənd, şəkər tozu istehsalının və bazardakı mövqeyindən sui-istifadə edib qiymətləri bahalaşdırmağın yanında siqaret istehsalı toya getməlidir.

“Azərsun”un sponsorluq etdiyi verilişdə Ermənistan maraqlarna uyğun təbliğatın aparılması daha betər idi. Məncə, Azərsun ya rekalm siyasətində naşı, ya da günahkar olduğunu əsaslandırmalıdır.

Azər Sarıoğlu

Qeyd: Yazı müəllifin “Facebook” profilindən götürülüb.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …