Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / “Azərkosmos” nə qədər pul qazanır?

“Azərkosmos” nə qədər pul qazanır?

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) dünyanın 39 ölkəsinə 3,6 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.
Belə ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir ümumi gəlirlərinin 80%-ini təşkil edib.
2023-cü ilin fevral ayında isə “Azərkosmos” dünyanın 39 ölkəsinə 1,8 milyon dollar dəyərində xidmət ixrac edib.
Cari ilin iki ayı ərzində “Azərkosmos”un peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 813,3 min dollar ilə Birləşmiş Krallıq,  698,3 min dollar ilə Lüksemburq, 534,1 min dollar ilə Fransa, 294,8 min dollar ilə BƏƏ və 169,4 min dollar ilə Almaniya qərarlaşıb.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …