Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanlılar Türkiyəyə “doktor balıqlar”la müalicəyə gedir

Azərbaycanlılar Türkiyəyə “doktor balıqlar”la müalicəyə gedir

Türkiyənin Sivas vilayətində Balıklı Kaplıca deyilən ərazidə yerləşən şəfaverici bulağa hər il müalicə üçün yüzlərlə insan müraciət edir. Burada yerin altından çıxan suda dəqiq növü bilinməyən, lakin sazankimilərdən olduğu ehtimal olunan balıqlar yaşayır. Müalicə üçün gələnlər müəyyən müddət ərzində suyun altında qalır və “doktor balıqlar” onların yaralarını sağaldırlar.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bura şəfa üçün gələnlər arasında azərbaycanlılar da çoxluq təşkil edir. Mənbə yazır ki, tərkibində selen elementi olan suda yaşayan, 2-10 sm uzunluğunda olan bu balıqlar 37 dərəcə istidə belə yaşaya bilirlər. “Doktor balıqlar” psoriaz və digər dəri xəstəliklərinin müalicəsində istifadə olunur.

Azərbaycandan başqa, bura dünyanın müxtəlif ölkələrindən, o cümlədən, Almaniya və Rusiyadan da müalicəyə gələnlərin olduğunu bildirən sakinlərin sözlərinə görə, balıqlar suya şəfa tapmaq üçün gələnlərin yaralarınıın ölü hüceyrələrini ayırır, dərini yumşaldırlar. Həm də bu balıqlar insanlardan qaçmır, əksinə bədəndəki yaranı sağladırlar. Xəstələrin çoxu həkim və dərmanlarda tapçadığı müalicəni burada alır.

Balıqların sirrinin öyrənilməsi üçün Sivas Cümhuriyyət Universiteti iki araşdırma aparılır.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın