Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanlılar niyə Türkiyədə əmlak almağa üstünlük verir? – Ekspert

Azərbaycanlılar niyə Türkiyədə əmlak almağa üstünlük verir? – Ekspert

“Azərbaycanlılar Türkiyədə 2016-da 610, 2017-ci ildə 942, 2018-ci ildə 1250, 2019-cu ildə 1191, 2020-ci ildə isə 1279 mənzil alıblar”.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Azərbaycan vətəndaşları 2021-ci ilin yanvar ayında 68, fevral ayında 77, mart ayında isə 106 – toplam ilk 3 ayda 251 mənzil alıblar: 

“Bu ilin ilk 3 ayında Türkiyədən ən çox mənzil iranlılar alıb – 1599, ikinci yerdə İraq vətəndlarıdır – 1461, üçüncü yerdə isə rusiyalılardır – 938 mənzil. Pandemiya ilində, 2020-ci ildə azərbaycanlılar son 5 ildə ən çox mənzil alıblar – 1279. Səbəbi də aydındır, ölkədə inzibati qaydada sabit manat, Türkiyədə isə dəyişkən, böyük dəyər itirən lirə, ona görə də bizimkilər orada daşınmaz əmlak almağı seçdilər, bu daha sərfəli oldu. Qonşularımızda milli valyutalar dəyərdən düşdükcə həm kapital ixracı artacaq, həm də həmin ölkələrdən bizə malların idxalı çoxalacaq. Bu isə o deməkdir ki, indi sabit məzənnə rejimi ilə güya manatı qorumaq siyasəti, orta-uzun vədədə daha böyük fəsadlar törədəcək, manat sonra saha çox dəyər itirməyə məhkum olacaq…”

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …