Bakılı sürücünün “VAZ-2107” markalı avtomobili ABŞ-ın Nyu-York şəhərində kameraların obyektivinə tuş gəlib. Avtosfer.az xəbər verir ki, tanınmış avtobloq nuriyev.ws-in yaydığı fotoda maşının restoran önündə park ediildiyi əks olunur. Nömrə əvəzinə “I love NY, Baku55” (“Mən Nyu-Yorku sevirəm, Bakı 55”-red.) yazısından bilinir ki, avtomobil azərbaycanlıya məxsusdur. Lakin bu avtomobilin okeanın o tayına hansı vasitə ilə aparıldığı naməlum qalıb.
Qeyd edək ki, Nyu-York Amerika Birləşmiş Ştatlarının əhali sayına görə ən böyük şəhəridir.
Həmçinin oxuyun
Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar
Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …