Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanlı milyarder şirkətini Səudiyyə Ərəbistanından çıxarır

Azərbaycanlı milyarder şirkətini Səudiyyə Ərəbistanından çıxarır

Rusiyanın “LUKoil” şirkəti Səudiyyə Ərəbistanındakı layihəsindən çıxmaq qərarına gəlib.

“Report”un xəbərinə görə, bu açıqlamanı şirkətin rəhbəri Vahid Ələkbərov verib.

Qeyd edək ki, “LUKoil” şirkəti “LUKoil Saudi Arabia Energy Ltd.” (Luksar) müştərək şirkəti kimi Səudiyyə Ərəbistanında qazma işləri həyata keçirib. Şirkətin 80%-i “LUKoil Overseas”ə, 20%-i isə “Saudi Aramco” dövlət nerft-qaz şirkətinə aid olub.

“Biz qərar verdik, Səudiyyə Ərəbistanından gedirik. “Saudi Aramco” qazdığımız quyuları götürür. Amma qərara gəlmişik ki, tərəfdaş olaraq xarici layihələrdə iştirak edəcəyik. Biz İraq və digər ölkələrdə öz fəaliyyətimizi birlikdə davam etdirə bilərik”, – deyə V.Ələkbərov bildirib.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın