Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanlı milyarder sərvətinin 60%-ni itirdi

Azərbaycanlı milyarder sərvətinin 60%-ni itirdi

Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücum qərarından sonra rus milyarderlərin sərvəti kəskin azalıb.

Bu barədə “Bloomberg Billionaires Index” məlumat yayıb.

Rusiyanın 21 ən varlı şəxsi bu il ümumi olaraq 84 milyard dollar itirib. Milyarderlər hücumdan sonra cəmi bir gündə 39 milyard dollar itki ilə üzləşiblər. Bu, ötən həftə ölkənin birja bazarında 50% dəyər itirməsinə gətirib çıxarıb.

Rusiya milyarderləri arasında ən çox itki verən “Lukoyl”un rəhbəri, əslən azərbaycanlı olan Vahid Ələkbərovdur. O, bu il 14 milyard dollar, yəni sərvətinin 60 faizini itirib.

“Bloomberg”in qiymətləndirməsinə əsasən, hazırda Vahid Ələkbərovun sərvəti 8,8 milyard dollardır.

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …