Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanlı iş adamları sürətlə kapitallarını Rusiyadan çıxarır

Azərbaycanlı iş adamları sürətlə kapitallarını Rusiyadan çıxarır

Rusiya iqtisadiyyatı sanksiyalar önündə tab gətirsə də, ayaqda qalmasını əsasən neft qiymətlərinə borcludur. İqtisadçılar isə hesab edir ki, əksinə Rusiya iqtisadiyyatı çökməkdədir və bunun ən bariz nümunəsi iş adamlarının bu ölkədən öz kapitallarını çıxartmasıdır.

Mövzu ilə bağlı musavat.com-a danışan iqtisadçı ekspert Natiq Cəfərli vurğuladı ki, Rusiyaya qarşı təkcə ABŞ-ın deyil, Avropa Birliyi ölkələrinin də ticarət əlaqələri ilə bağlı sanksiyaları var: “Bu sanksiyalarda da qonşu ölkəyə kifayət qədər ciddi təsir göstərir. Bu sanksiyaların ən böyük təsirlərindən biri maliyyə bazarlarınadır. Çünki Rusiya koorporasiyaları və banklarının Avropada ucuz maliyyə və kredit mənbələrinə çıxışı məhdudlaşıb. Bu iki səbəb həm ABŞ, həm də Avropa Birliyinin sanksiyaları Rusiyadakı iqtisadi vəziyyətə mənfi təsir göstərir və artım templəri xeyli aşağı düşüb. Təbii ki, digər ənənəvi səbəblər də var, bu, korrupsiya, iş adamlarına olan təzyiqlər, yatırım şəraitinin əlverişli olmaması, məhkəmə hakimiyyətinin müstəqil olmaması ilə bağlı ola bilər. Bu tipli daxili səbəblər də qəbul prosesinə təsir göstərir”. 

Ekspertin sözlərinə görə, Rusiya iqtisadiyyatını xilas edən neftin optimal qiymətə yüksəlməsi oldu: “Son 3 ildə, təqribən 2016-cı ilin sonlarından başlayaraq, neft bazarında artım templəri Rusiya iqtisadiyyatına müsbət təsir göstərdi. Bu müddət ərzində neft qiymətləri 40-50 dollar civarında qalsaydı,  Rusiya iqtisadiyyatını çox ağır böhran gözləyərdi. Hələlik neft qiymətlərinin 60 dollardan yuxarı olması sanksiyaların təsirlərini azaltmaqla, Rusiyanın iqtisadi vəziyyətinin kəskin pisləşməsinin qarşısını alır. Ancaq bu da daimi vəziyyət deyil. Çünki neft qiymətləri süni amillərlə bağlı olaraq bahalaşıb. Qiymət artımı Səudiyyədə baş verən partlayış və OPEK və Rusiyanın hasilatı aşağı salması ilə bağlıdır”. 

N.Cəfərlinin sözlərinə görə, neft ucuzlaşarsa, bu, Rusiya iqtisadiyyatına çox ağır zərbə olacaq və mənfi tendensiyalar sürətlənəcək: “Hətta ümumdaxili məhsulun azalması, sosial gərginliyin artması da gözlənilir. Oradakı iqtisadi vəziyyətə görə, həm azərbaycanlı iş adamları, həm də rusların özü sürətlə ölkədən kapital çıxarırlar. SSRİ dağılandan buyana Rusiyadan 1 trilyon 200 milyard dollar pul çıxarılıb. Rusiyalı iş adamlarının özləri də xaricdə yatırım etməyə üstünlük verirlər. Azərbaycanlılar isə Qazaxıstana, Belarusa , Ukraynaya öz bizneslərini köçürməyə daha meyllidirlər və son zamanlar bu tendensiya artıb”. 

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …