Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi artıb

Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi artıb

Azərbaycandan Belarusa ixracın həcmi isə 22 milyon 902 min 84 dollar olub.

Ötən il Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 204 milyon ABŞ dollarına yaxın olub ki, bu da 2017-ci ilin analoji göstəricisindən təxminən 56 milyon dollar çoxdur.

Bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, hesabat dövründə Azərbaycana Belarusdan idxal əməliyyatlarının həcmi 180 milyon 762 min 68 dollar, Azərbaycandan Belarusa ixracın həcmi isə 22 milyon 902 min 84 dollar olub.

Qeyd edək ki, 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 160,7 milyon dollar təşkil etmişdi.(AZƏRTAC)

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …