Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanın xam nefti ixracından gəlirləri 63% artıb

Azərbaycanın xam nefti ixracından gəlirləri 63% artıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 24 723 729 ton həcmində xam neft ixrac edib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu həcmdə xam neftin dəyəri 9,637 mlrd. ABŞ dolları təşkil edib.
Hesabat dövründə neftin Azərbaycanın ümumi ixracında payı 77,09% təşkil edib.
Bu ilin 11 ayında ixrac olunan xam neftin miqdarı ötən ilin müvafiq dövründən 29%, dəyəri isə 63% çox olub.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …