Şənbə , Mart 30 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanın qara metallurgiya sahəsi “ağ günə” çıxır

Azərbaycanın qara metallurgiya sahəsi “ağ günə” çıxır

“Dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” və “AzerGold” QSC-nin yaradılması haqqında” 11 fevral 2015-ci il və “Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 13 iyul 2016-cı il tarixli prezident sərəncamlarında dəyişikliklər edilib. Prezidentin bununla bağlı imzaladığı yeni sərəncama əsasən, “AzerGold”a ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb. Bundan başqa, sərəncama əsasən, Nazirlər Kabineti “Daşkəsən Filizsaflaşdırma” ASC-nin ləğv edilməsi ilə əlaqədar 2 ay müddətində zəruri tədbirlər görməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Qara metallurgiya sahəsində baş verənləri diqqətlə izləyən araşdırmaçı-jurnalist, ekspert Hafiz Babalı “Yeni Müsavat”a deyib ki, verilmiş sərəncam qara metallurgiya kompleksinin yeni inkişaf modelini müəyyən edir: “Əvvəlki konfiqurasiyada mərkəzdə ”Daşkəsən Filizsaflaşdırma” idi və onun əsasında yeni qara metallurgiya klasterinin qurulması ideyası vardı. Bu prinsipdən növbəti dəfə imtina olunur və prosesin bütün mərhələləri “AzeriGold” üzərindən idarə ediləcək. Bundan əvvəl, 2013-cü ildə “Azərbaycan Polad İstehsalı Kompleksi” ASC yaradıldı. Bu ASC ötən gün sərəncamla “AzeriGold”a tapşırılan funksiyalar üzərində qurulmuşdu. O dövrdə “Daşkəsən Filizsaflaşdırma” ASC ləğv olunmadı, çünki “Azərbaycan Polad İstehsalı Kompleksi” ASC-nin bir müəssisəsi kimi düşünülmüşdü.

Hafiz Babalı: “Sumqayıtın mandatsız deputatıyam”

Hafiz Babalı

“Daşkəsən Filizsaflaşdırma” ASC “Azərbaycan Polad İstehsalı Kompleksi” ASC-nin törəmə müəssisəsi olacaqdı. “Azərbaycan Polad İstehsalı Kompleksi” ASC törəmə məüssisəsindən alınan xammalın əsasında, filizin saflaşdırılması, dənəvərləşdirilməsi, polad şəklinə salınması və poladdan qara metal məmulatları istehsalı zəncirinin işlənməsi gerçəkləşməli idi. 2 il sonra  “Azərbaycan Polad İstehsalı Kompleksi” ləğv olundu və  “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsi qərarı verildi. ASC 2016-cı ildə investisiya müsabiqəsinə çıxarılıb və 4 il müddətində müxtəlif investorlara təklif edirdilər. Hər halda, belə elan olunurdu”.

Daşkəsən Filizsaflaşdırma” ASC-nin sədri vəzifəsindən azad edilib |  Report.az

Ekspert deyir ki,  “Daşkəsən Filizsaflaşdırma” ASC uğrunda illərlə gizli savaş gedib: “Fərhad Əliyev iqtisadi inkişaf naziri olduğu dövrdə kombinatı Britaniya şirkətinə satmışdılar. Britaniya şirkəti əslində bir şirma idi, orada Britaniya kapitalı yox idi, Azərbaycan kapitalı, sadəcə, Britaniya üzərindən gəlmişdi. O ideya alınmadı. Növbəti mərhələdə kombinatı Dubaydakı bir şirkətə satdılar -”Detal-Metal” şirkətinə. Həmin şirkət də işi apara bimədi, klasteri yaradıb son məhsula çıxa bilmədilər.  Xammaldan polad istehsalına gedib çıxa bilmədilər. Qara metalın təkrar emalından fərqli olaraq filizdən alınan poladdan istehsal edilən materiallarda kondisiya, karbon daha az olur deyə keyfiyyət də yüksək olur.  “Azərbaycan Polad İstehsalı Kompleksi” fəaliyyətdə olduğu dövrdə metalın qiyməti düşdü və kompleks uğrunda pərdəarxası savaş açıq müstəviyə keçdi.

Baku Steel Company"ə bu şəxs nəzarət edir

“Baku Stell Compani” iddialarını açıq şəkildə ortaya qoydu və bazarda olan qara metal istehsalçılarının bir hissəsini zor gücünə, bir hissəsini qorxutmaqla bazardan kənarlaşdırdılar. Faktiki olaraq “Baku Stell Compani” bu sahədə monopolist mövqeyə çıxmışdı. Hamı da düşünürdü ki, “Daşkəsən Filizsaflaşdırma” prosesin sonunda “Baku Stell Compani”nin nəzarətinə keçəcək. “Baku Stell Compani” açıq bəyan etmişdi ki, İtaliya şirkətləri ilə danışıqlar aparırlar, “Danielli” şirkəti ilə 1 milyard 100 milyon avro məbləğində müqavilə bağladıqlarını açıqlamışdılar. Faktiki olaraq proses ona doğru gedirdi ki, zavod rahat şəkildə “Baku Stell Compani”yə ötürülsün. Pərdə arxasından çıxmış savaşlar da onu göstərdi ki, “Baku Stell Compani”nin arxasında dayananlar artıq gücdən düşüblər və “Daşkəsən Filizsaflaşdırma”ya iddiaları da gücdən düşüb. Proseslərin məntiqi yekunu kimi də qeyd olunan addım atılıb”.

Hafiz Babalı deyir ki, atılan addımın nə dərəcədə effektiv olacağı məsələsi zamana bağlıdır: “Prosesin ”AzeriGold” üzərindən aparılması proseslərin optimallaşdırılması baxımından doğrudur. Amma burada mərkəzi aparat formalaşır və bu aparat Bakıdadır, yəni istehsalatdan kənardadır. Bu baxımdan “Daşkəsən Filizsaflaşdırma” ASC-nin ləğvi məqsədəuyğun deyil, ASC müstəqil  təsərrüfat subyekti kimi qalmalı idi və prosesin mərkəzi orqan tərəfindən aparılması doğru deyil. “AzeriGold” mütəxəssisləri əlvan metalların işlənməsi üzrə ixtisaslaşıblar. Filiz sahəsi isə fərqlidir. Bəli, bu sahə üzrə mütəxəssislər var. Amma zəncir artıq qırılıb, bu sahə üzrə 15 ildən artıqdır ki, mütəxəssislər yetişmir. Müəssisə 2006-cı ildən fəaliyyətini dayandırıb. İqtisadi zəncir də qırılıb. Bu müəssisəni yenidən qurmaq, yeni bir klaster yaratmaq böyük bir yükdür, metalın özü qədər ağır bir yükdür”.

Hafiz Babalı deyir ki, “Daşkəsən Filizsaflaşdırma” xarici investora satılsaydı, ölkə daha çox qazanmış olardı: ““AzeriGold”un üzərində böyük bir missiya var. Azərbaycanda qızıl yataqlarının öyrənilməsi, işlənməsi, istismarı “AzeriGold”un üzərindən həyata keçirilir. Yeni dövlət şirkətini yaratmaq, dövlətdən ilkin sərmayələrini götürəcək bir qurumun yaradılması, bazar iqtisadiyyatı nöqteyi-nəzərindən yanaşsaq, doğru deyil. Azərbaycan qara metal istehsal edəndən sonra bunun bazarını tapa biləcəkmi? Bundan sonra bazar necə tənzimlənəcək? Dövlət iqtisadiyyatı qurulacaqsa, bazarda bir subyekt olacaq və istədiyi qiyməti təyin edəcək. Bu isə bazar prinsipləri deyil”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …