Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanın “oboy” bazarında böhran: 70 faiz Ukraynanın payına düşürdü

Azərbaycanın “oboy” bazarında böhran: 70 faiz Ukraynanın payına düşürdü

Rusiya-Ukrayna müharibəsinin Azərbaycana da çox ciddi təsirləri var. Bu təsirlər daha çox tikinti materialları bazarında özünü göstərir. Bahalaşma yalnız taxta və laminata təsir etmir. Divar kağızı bazarında da böhran yaranıb.

Divar kağızı biznesi ilə məşğul olan sahibkar bazardakı son vəziyyətlə bağlı Yenisabah.az bildirib ki, bu vaxta qədər bu sahədəki məhsulların 60-70 faizini Ukrayna istehsalı olan məhsullar tutub. İtaliya, Belarus və Rusiya divar kağızlarının da bazarda xüsusi çəkisi olub, amma üstünlük həmişə Ukrayna istehsalına verilib. Həm münasib qiymətinə, həm də orta keifiyyətinə görə.  

O, hazırda Rusiya və Ukraynadan “oboy” idxalının dayandığını söyləyib: “Müharibə səbəbindən bazara mal gəlmir. Əlimizdə qalan son malları satırıq. Qiymətlər də kifayət qədər qalxıb. Hər rulonda 4-5 manat artım var.

Azərbaycana daha çox Rusiyadan Ukraynadan “oboy”lar gəlirdi. Lakin müharibə bazara çox ciddi təsir göstərir. Müharibənin bitməsini gözləyirik. Ümid edirik ki, müharibədən sonra hər şey öz qaydasına düşəcək”.

Sahibkar hazırda Ukrayna divar kağızlarının yerini Çin istehsalı hesabına doldurmağa çalışdıqlarını qeyd edib:

“Azərbaycanın “oboy” bazarının 70%-i Ukraynanın payına düşürdü. Lakin hazırda İtaliya, Almaniya, Çindən oboy idxal edilirdi. 

Biz indi qiymətinə görə Çin məhsullarına üstünlük veririk. Bazarda hər kəsin büdcəsinə uyğun olan yalnız Çin “oboy”larıdır”. 

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …