Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / “Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var” – DEPUTAT

“Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var” – DEPUTAT

“Əgər dünyada neftin qiyməti 40-45 dollar səviyyəsinə enərsə, o zaman bu Azərbaycanda da müəyyən problemlər yarada bilər. Ancaq yaxın zamanlarda bu gözlənilmir”.
Bu fikirləri ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim Vahid Əhmədov bildirib.
V.Əhmədov deyib ki, hazırda neftin qiymətində elə ciddi ucuzlaşma yoxdur.
Deputat qeyd edib ki, bütövlükdə Azərbaycanın kifayət qədər valyuta ehtiyyatı var.
Onun sözlərinə görə, hazırda Azərbaycanın 45 milyard dollara yaxın valyuta ehtiyyatı mövcuddur:
“Eyni zamanda pul-kredit siyasətinə Mərkəzi Bank tərəfindən nəzarət edilir. İdxal-ixrac əməliyyatlarında isə ixrac idxalı üstələyir. Yəni, yaxın müddətdə mən Azərbaycanda iqtisadi gərginliklər gözləmirəm. Xüsusilə də 2019-cu ilin birinci rübünədək manatın qorunub saxlanılması mümkün olacaq. Sonrakı vaxtlarda əgər neftin ucuzlaşması prosesləri güclənərsə, o zaman müəyyən problemlər yarana bilər. Amma hələlik Azərbaycanda heç bir devalvasiya gözlənilmir”.
V.Əhmədov əlavə edib ki, dünyada gedən prosesləri diqqətlə izləsək görərik ki, son vaxtlar Rusiya, Türkiyə və İranda milli valyutaların ucuzlaşması prosesləri baş verir:
“Rusiya, Türkiyə və İran Azərbaycana qonşu olan dövlətlər olduğu üçün baş verən proseslər müəyyən qədər ölkəmizin iqtisadiyyatına da təsir göstərir. Ona görə də Dövlət Gömrük Komitəsi müəyyən mallara rüsumların miqdarını artırır ki, həmin mallar Azərbaycan bazarına daxil olmasın. İndi bu nə qədər doğru və yaxud doğru deyil, onu deyə bilmərəm. Mən bu barədə məlumatları mətbuatdan oxumuşam. Bu cür problemlər mövcuddur”.

Həmçinin oxuyun

Dövlət Neft Fondunun aktivləri bir rübdə 2 %-dən çox artıb

Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 57 milyard 372,8 milyon ABŞ dollar …