Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / “Azərbaycanın islahat səylərini dəstəkləyirik” – Tramp

“Azərbaycanın islahat səylərini dəstəkləyirik” – Tramp

ABŞ Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulmuş “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləməyə davam edir.

“ Azinforum.az ” İtar-Tacc agentliyinə istinadən xəbər verir ki, bu sözlər prezident Donald Trampın bu gün Bakıda açılışı olan 24-cü Beynəlxalq “Xəzər Neft və Qaz 2017” sərgi və konfransının iştirakçılarına ünvanlanan müraciətində deyilir:

“Birləşmiş Ştatlar “Cənub Qaz Dəhlizi”nə qərarlı dəstəyini davam etdirir. Mən Azərbaycanın qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, həmçinin Xəzərin enerji resurslarının emalı və ixracındakı rolunu yüksək qiymətləndirirəm”.

Tramp həmçinin qeyd edib ki, səmimi qəlbdən Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi və islahatlar aparılmasındakı səylərini dəstəkləyir və digər sferalarda da əməkdaşlıq imkanlarının araşdırılmasını istəyir. ABŞ Azərbaycanla iqtisadi, inzibati və məhkəmə islahatlarının davam etdirilməsi üçün işləməyə hazırdır.

ABŞ prezidenti ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupunun həmsədrliyi ilə sülh yolu ilə həllinə sadiq qaldığını vurğulayıb.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın