Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanın daxili dövlət borcunun məbləği artıb

Azərbaycanın daxili dövlət borcunun məbləği artıb

Azərbaycanın daxili dövlət borcunun məbləği artıb və borc məbləği əsasən dövlət istiqraz vərəqələri üzrə borcdan formalaşıb.

Bu barədə “”2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi”ndə bildirilib.
2019-cu il il yanvarın 1-i tarixinə daxili dövlət borcu 1320,2 milyon manat təşkil edib. Bu da əvvəlki illə müqayisədə 28,3 faiz çoxdur. 2018-ci il ərzində nominal üzrə yerləşdirilmiş istiqrazların məbləği 781,4 milyon manat təşkil edib, yerləşdirilmiş istiqrazlar üzrə 753,6 milyon manat daxil olub. 2019-ci il yanvarın 1-i tarixinə dövlət istiqrazları üzrə borcun ümumi məbləği 1045,3 milyon manat ( o cümlədən 101,4 milyon manat faiz borcu) təşkil edib.
 “”2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi” Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.


Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …