Ana səhifə / İqtisadiyyat / Azərbaycanda yuyucu tozlar kəskin bahalaşaraq 30 manata çatdı – FOTO

Azərbaycanda yuyucu tozlar kəskin bahalaşaraq 30 manata çatdı – FOTO

Son zamanlar Azərbaycanda ərzaq və digər istehlak mallarında qismən artım kəskin bahalaşmaya keçib.

Belə ki, Bakıda iri marketlərdə yuyucu tozladın dodaquçurdan qiymətləri alıcıları şoka salıb.
Belə ki, ötən aya qədər hələ bahalaşma ilə 5 kq-lıq tozların qiyməti 21-23 manat arası dəyişirdisə, indi 5 kq-lıq tozlar 27, az qala 30 manata qalxıb.
Eynilə 1,5, 3 kq-lıq tozların da qiyməti xeyli artıb.Satıcıların məlumatına görə, bu qiymətlər bu gün daxil edilib. Ötən həftəyə qədər bu tozlar aksiyada, endirimdə idi deyə alıcılar ucuz qiymət görürdü.
Lakin müqayisə üçün deyək ki, pandemiya dönəmində və yeni ilə qədər eyni tozlar 21-23 manat arası idi.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …