Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda yeni konsepsiya hazırlanır

Azərbaycanda yeni konsepsiya hazırlanır

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası aqrar sahədə bir sıra layihələr reallaşdırır.

Bunu Trend-ə Konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov deyib.

Onun sözlərinə görə, bu layihələrdən biri kənd təsərrüfatında innovasiyaların tətbiqinə həsr olunub:

“Söhbət “Sole foot” layihəsindən gedir. Hazırda biz bu layihə çərçivəsində kənd təsərrüfatında innovasiyaların tətbiqi üzrə yeni konsepsiya hazırlayırıq”.

V.Zeynalov qeyd edib ki, bu layihə prioritet hesab olunur və onun reallaşdırılması uzunmüddətli perspektivi əhatə edir.

Qeyd edək ki, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 1999-cu ilin martında təsis olunub. Konfederasiyanın tərkibinə 1000-dən çox sahibkarlıq subyekti, eləcə də sosial-iqtisadi profilli 35 assosiasiya və ittifaq daxildir.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …