Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda yeni 5 manatlıq dəmir pullar buraxıldı – FOTO

Azərbaycanda yeni 5 manatlıq dəmir pullar buraxıldı – FOTO

2019-cu ildə müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yaradılan və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin (BDU) təsis edilməsinin 100-cü ildönümü tamam olur.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu yubiley tarixinin əbədiləşdirilməsi məqsədilə AMB nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanını tədavülə buraxıb.

Yubiley pul nişanının çəkisi 1 troy unsiyası – 31.1 qr. (+ 0.1 qr.), diametri isə 38.61 mm. təşkil edir.

Pul nişanı Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilmişdir.


BDU-nun 100 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində Universitetin inzibati binasının təsviri, ümummilli lider Heydər Əliyevin kəlamı və imzası, 8 guşəli ulduzlar, milli naxış və ornamentlər, arxa tərəfində isə Dövlət Gerbi və pul nişanının nominalı təsvir olunub.

Yubiley pul nişanı nominal dəyəri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …