Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda xam pambığın alış qiymətləri artırılacaq

Azərbaycanda xam pambığın alış qiymətləri artırılacaq

Pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, ixracının artırılması, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün dövlət dəstəyinin gücləndirilməsi və bu sahənin inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli 3082 №-li Sərəncamı ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Dövlət Proqramının Tədbirlər Planının icrasına uyğun olaraq pambıqçılığın inkişaf etdirilməsi məqsədilə 01 dekabr 2017-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyində İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin rəhbərlərinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan “MKT İK” MMC və “CTS AQRO” MMC-nin nümayəndələri ilə görüş keçirilib. Görüşdə cari ildə görülən işlər, pambıq yığımının gedişi, tədarükü və emalı vəziyyəti, eləcə də qarşıya qoyulan hədəflərə nail olunması üçün 2018-ci ildə həyata keçirilməsi vacib olan məsələlər müzakirə edilib.

 Pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 100-110 manat artırılaraq 2018-ci ildə aşağıdakı kimi müəyyənləşdirilməsi barədə razılıq əldə edilib:

Pambığın bir tonunun alış qiyməti, manatla

2017-ci il (faktiki)

2018-ci il (təklif olunan)

1-ci növ

500

600

2-ci növ

470

580

3-cü növ

440

540

4-cü növ

400

500

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …