Ana səhifə / İqtisadiyyat / Azərbaycanda un 13% ucuzlaşıb, bəs çörək?

Azərbaycanda un 13% ucuzlaşıb, bəs çörək?

Son bir həftə ərzində Azərbaycanda unun qiyməti təxminən 3%-ə yaxın ucuzlaşıb.
Ötən həftə Azərbaycanda topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 33-33,2 manat arasında dəyişib.
50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə – 33 manata “Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə – 35,2 manata isə “Nural” MMC satıb.
Bir həftə əvvəl isə “Dəvəçi-Taxıl” MMC 50 kiloqramlıq un kisəsini 34 manata, “Nural” MMC isə 36 manata satıb.
Məlumat üçün onu da qeyd edək ki, son 4 ay ərzində Azərbaycanda unun qiyməti təxminən 13%-dən çox ucuzlaşıb.
Maraqlıdır ki, unun qiymətində 13% ucuzlaşma olsa da, son 4 ayda çörəyin qiymətində ciddi dəyişiklik olmayıb.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …