Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda tikinti materialları bahalaşacaq?

Azərbaycanda tikinti materialları bahalaşacaq?

“Azərbaycanın Türkiyədən gələn tikinti materiallarından elə də asılılığı yoxdur. Zəlzələ zonasında bərpa işlərinin sürətlə aparılması həmin ərazidə tikinti materiallarına tələbatı artıracaq. Bu, qiymət artımına gətirib çıxara bilər”. 

Bunu “Kaspi” qəzetinə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Ekspert bildirib ki, Türkiyədəki artımın Azərbaycan bazarına təsiri olmayacaq: 

“Azərbaycanın tikinti materialları daha çox Rusiyadan gətirilir. Tikintidə istifadə olunan dəmir, alüminium, armatur, mismar, dəmir dam örtükləri, şiferlər, digər taxta məhsullarının demək olar ki, hamısı Rusiyadan, bir hissəsi isə Ukraynadan gəlirdi. Azərbaycanın özü də tikinti materialları istehsal edir. Tikintidə ən çox istifadə olunan materiallar olan beton, sement öz zavodlarımızda istehsal olunur. Betonda istifadə olunan çınqıl daşları Azərbaycanın öz məhsuludur. Ölkəmizdə çay tipli yataqlar çox olduğuna görə çınqılla bağlı problemimiz yoxdur”.

Elnur Fərzəliyev qeyd edib ki, tələbat artarsa, çatdırılmada problemlər ola bilər: 

“Türkiyədən mətbəx mebelləri, avadanlıqlar, isitmə-soyutma cihazları və digər tikintidə istifadə olunan mallar idxal olunurdu. Yalnız onlarda qiymət artımı ola bilər. Əgər orada tələbat artarsa, Türkiyədə qiymət artımı, yaxud çatdırılmada problemlər ola bilər. Azad olunan torpaqlarımızda aparılan tikinti işləri, yeni yolların, infrastrukturların çəkilməsi bazarımıza elə də böyük təsir etməyibsə, Türkiyədəki hadisələr də qiymət artımına gətirib çıxara bilməyəcək”.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …