Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda siqaretin qiyməti kəskin qalxdı

Azərbaycanda siqaretin qiyməti kəskin qalxdı

Satıcılar bunu topdansatış bazalarında qiymətlərin qalxması ilə izah edirlər.

Azərbaycanda siqaret və tütün məmulatlarının qiyməti bahalaşıb.

Belə ki, bu gün günorta saatlarından başlayaraq marketlərdə və köşklərdə pərakəndə satılan siqaretlərin qiyməti qalxıb.

Sputnik Azərbaycan-ın marketlərdə müşahidə aparan əm əməkdaşı xəbər verir ki, məsələn, “LD” markalı siqaretlərin qiyməti 30 qəpik, “Sobranie” markalı siqaretlərin qiyməti 50 qəpik, “Kent”lərin qiyməti 30-40 qəpik bahalaşıb.

Satıcılar bunu topdansatış bazalarında qiymətlərin qalxması ilə izah edirlər.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …