Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda problemli kreditlər azalıb

Azərbaycanda problemli kreditlər azalıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il aprelin 1-nə 1 558 milyon manat təşkil edib.

Belə ki, Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu, fevralın 1-i ilə müqayisədə 1,1%, yanvarın 1-nə nisbətən 1,7%, ötən il aprelin 1-i ilə müqayisədə isə 8,9% azdır.

Martın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 11,9% təşkil edib. Bu nisbət fevralın sonuna 12,1%, ötən ilin sonuna 12,2%, ötən ilin martın sonuna isə 14,7% olub. 

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …