Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda problemli kreditlər artmaqda davam edir- Rəqəmlər

Azərbaycanda problemli kreditlər artmaqda davam edir- Rəqəmlər

Azərbaycanda vaxtı keçmiş kreditlər bu il oktyabrın 1-nə 1 857,1 mln. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 33,1 mln. manat və yaxud 1,8% çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 384,5 mln. manat və yaxud 26,1%, son 1 ildə isə 259,8 mln. manat və yaxud 16,3% artıb.

Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 14,9% olub. Bu nisbət avqustun sonunda 14,7%, ötən ilin sonunda 9%, ötən il sentyabrın sonunda isə 9,5% təşkil edib.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …