Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda dollar 3 manata qədər bahalaşa bilər? – VİDEO

Azərbaycanda dollar 3 manata qədər bahalaşa bilər? – VİDEO

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2019-2021-ci illərdə manatın dollara nisbətən ucuzlaşacağına dair proqnozunu açıqlayıb. Belə olan halda, dolların hansı həddə qədər bahalaşağı müzakirə mövzusuna cevrilib.

Məsələ ilə bağlı Yenicag.az iqtisadçı ekspert Natiq Cəfərliyə müraciət edib.

Ekspert neftin qiyməti kəskin düşərsə, dolların manata nisbətən məzənnəsinin möhkəmlənəcəyini istisna etməyib:

“Neft qiymətləri ilə bağlı problemlər davamlı şəkildə olacaqsa, Azərbaycan hökuməti valyuta ehtiyatlarından manatın məzənnəsi üçün istifadə etməyəcək. Yumşaq formada məzənnənin dəyərdən düşməsinə çalışacaq, bununla bağlı qərarlar verəcək.
2018-ci ilin sonunda maliyyə naziri Samir Şərifov da manatın məzənnəsinin möhkəm olmasının Azərbaycan iqtisadiyyatına sərf etmədiyini söyləmişdi”.

Ekspert dolların bahalaşacağı halda, üçüncü devalvasiyanın da qaçılmaz olacağını bildirib:

“Neft qiymətlərində azalmalar davamlı şəkildə getsə, 2020-2021 ildə təqribən 2 manat bir dollara bərabər ola bilər. Neft 40 dollardan aşağı düşərsə, manat daha kəskin ucuzlaşa bilər. Bu zaman 1 dolların 3 manata qədər bahalaşması mümkündür”.

Həmçinin oxuyun

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

2024-cü ilin mart ayında Azərbaycanda ən çox şikayət edilən bank 5,03 indeksi ilə “Bank of …