Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda buğda əkin sahələri kəskin azalıb – ŞƏRH

Azərbaycanda buğda əkin sahələri kəskin azalıb – ŞƏRH

2023-cü ilin yanvar-aprel aylarında 266,8 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.8% azalma deməkdir.

Hesabat dövründə yazlıq buğda səpini 3310.4 hektarda aparılıb ki, bu da 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə 20.4% azalma deməkdir.

Qeyd edək ki, cari ilin ilk 4 ayında kartof əkin sahələri 7.1%, tərəvəz əkin sahələri 7.9%, bostan əkin sahələri isə 22.4% azalıb.

Bəs səbəb nədir? Əkin sahələrinin azalmasının ölkənin ərzaq təhlükəsizliyinə hansı təsiri ola bilər? Hazırda xaricdən ərzaq buğdası asılılığımız nə yerdədir?

Natiq Cəfərli : Son 150 ildə bizim coğrafiyada ermənilərin sayı 2 dəfə  azalıb

Natiq Cəfərli: “Ərzaqlıq buğda asılılığımız illərdir eyni səviyyədədir”

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əkin yerlərinin azalması ilə bağlı məsələyə rəsmi qurumlar aydınlıq gətirməlidir. Ekspert hesab edir ki, işğaldan azad edilmiş ərazilərin kənd təsərrüfatı üçün hissə-hissə istifadəyə verildiyini nəzərə alsaq, əkin sahələrinin azalması başadüşülən deyil: “Kənd təsərrüfatı sahəsində subsidiyalaşmanın yüksək səviyyədə olmasına baxmayaraq, bu azalmanın səbəbi nədir? Kənd Təsərrüfatı Nazirliyi bu suala aydınlıq gətirməlidir. Ərzaqlıq buğda asılılığımız illərdir eyni səviyyədədir. Azərbaycan 75-58 faiz xarici ölkələrdən asılıdır. Hazırda buğda ən çox Qazaxıstandan alınır. Uzun illərdir özümüzü cəmi 23-25 faiz həcmində təmin edə bilirik, bu da ciddi problemdir”.

Müavinətlərin məbləğinin artımı ölkəmizdə həssas təbəqəyə olan qayğının  daha bir göstəricisidir - RƏY - AZƏRTAC

Eldəniz Əmirov

İqtisadçı ekspert Eldəniz Əmirov isə hesab edir ki, statistikaya diqqət etmək lazımdır: “Müəyyən subsidiyalardan yararlanmaq üçün əkin sahəsi kimi qeydiyyatda olan sahələr siyahıdan çıxarılmış, eləcə də çox subsidiya almaq üçün mövcud sahələr daha çox yazdırılmış, lakin bütün bunların dürüstləşdirilməsi nəticəsində daha real rəqəmlər ortaya çıxmışdır. İkinci bir səbəb torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı ola bilər ki, bu həmin sahələrin yazlıq əkin sahəsi kimi deyil, kənd təsərrüfatının digər istiqamətdə istifadəsi üçün nəzərdə tutula bilər və qarşıdakı aylarda əkin üçün istifadəyə verilə bilər. Üçüncü səbəb isə iqlim və buna bənzər digər təbii hallarla əlaqəli ola bilər. Elmi təcrübələr göstərir ki, adətən bu səbəbdən əkin sahəsinin həcmi maksimum 5% azala bilər. Ona görə də hazırda 12.8%-lik yazlıq əkin sahələrinin azalmasında yuxarıda qeyd etdiyim hər 3 səbəbin eyni zamanda olma ehtimalı çoxdur. Hətta ola bilər ki, digər faktorlar da burada yer alır. Bütün hallarda düşünürəm ki, ilin sonunda yekun statistika bütün suallara cavab tapmağa kömək edəcək”.

Azər Badamov: “Yaxın illərdə idxaldan asılılığımız xeyli azalacaq”

Azər Badamov

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov açıqlamasında bildirdi ki, buğda əkininin 20,4%, kartof 7,1%, bostan əkin sahələrində 22,4% azalma həmin növ məhsulların istehsalında da azalmanın olacağı deməkdir. Millət vəkilinin sözlərinə görə, daxili istehsalın artması ərzaq bolluğu üçün əsas amildir: “Əkin sahələri özəl mülkiyyət olduğundan hansı məhsulun əkilməsi ilə bağlı qərarı fermer müstəqil şəkildə qəbul edir. Dövlət fermerə göstəriş verib hər hansı məhsulun əkilməsinə məcbur etməməlidir. Hazırda müəyyən olunmuş strateji bitkilərin əkilməsinin stimullaşdırılması üçün subsidiyalar verilir. Son nəticədə nə əkiləcəyi ilə bağlı qərarı fermer verir. Fermer bazarı araşdırır və hansı məhsul ona daha sərfəli olursa,  onu əkir”. A.Badamov qeyd etdi ki, bitki sahələrinin azalması heç də aqrar istehsalın azalması kimi başa düşülməməlidir: “Bitki əkini azalırsa, ondan daha gəlirli sahə olan bağların əkilməsi genişlənir. Bitki istehsalının azalması daxili bazarda tələbatın idxal hesabına ödənilməsinə yol açır. Bununla yanaşı, meyvə ixracımızın həcmi sürətlə artır.  Sahibkarlar bazarları araşdırır və ehtiyacı olan məhsulları idxal edir. Ona görə də ərzaq təhlükəsizliyi ilə bağlı hər hansı bir çətinliyin yaranacağını düşünmürəm. Azərbaycanda kifayət qədər ərzaqlıq buğda ehtiyatı  var. O cümlədən idxalı da davam edir. Daxili istehsalın azalması idxalımızı artıracaq və bu, sadəcə, bazar qanunlarına görə tənzimlənir”.

Yeri gəlmişkən, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 123 milyon 989,84 min dollar dəyərində 439 min 38,75 ton buğda idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 32.8% və ya 100 min 996 ton, məbləğ baxımından isə 17.8% və ya 18 mln. 719 min çoxdur. Hesabat dövründə ölkəyə gətirilən 1 ton buğdanın qiyməti 11.3% azalaraq 303.1 dollara bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 341.7 dollar təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 2.61%-nə bərabər olub.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …