Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda bu yağlar bahalaşdı – VİDEO

Azərbaycanda bu yağlar bahalaşdı – VİDEO

Yağ da çörək kimi qidamızın əsasını təşkil edir. Yəni elə ev yoxdur ki, xüsusən də bitki yağından istifadə olunmasın. Gündəlik əsas tələbat məhsulu olan yağların isə qiyməti 15-20 faiz bahalaşıb. Bu faktı, satıcıların özləri ilə yanaşı, alıcılar da təsdiqləyir. İqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, hazırda dünyada baş verənlərin fonunda bitki yağının qiymətində artım gözlənilən idi.

Gündəlik tələbat məhsulları arasında əsas yer tutan qida məhsullarından biri də yağdır. Hazırda marketlərdə duru yağ əvvəlki qiymətlə müqayisədə xeyli fərqlə baha satılır. Vətəndaşlar deyir ki, qiymət artımı son günlər daha çox hiss olunur. Əvvəllər 5-10 qəpik bahalaşırdısa indi 2-3 manat qiymət artımı var.

Satıcılar da duru yağın qiymətinin 15-20 faiz bahalaşdığını təsdiq edib. Bahalaşmanın səbəbinin isə Rusiya və Ukrayna arasında baş verənlərlə əlaqələndiriblər.

Məsələ ilə əlaqədar iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, 2022-ci ildə gündəlik tələbat məhsullarının qiymətlərinin bahalaşması ehtimalı yüksək idi. Bitki yağları infilyasiyaya daha çox reaksiya verən ərzaq məhsullarıdır.

Ekspert onu da qeyd etdi ki, bu yağı bizə ixrac edən ölkələrə tətbiq edilmiş məhdudiyyətlər və istehsal zəncirində yaranmış fasilələr, duru yağın bizim mağazalarda da bahalaşmasını qaçılmaz edir. Bundan əlavə ölkəmizdə bu sahədə yerli rəqabət mühitinin olmaması da qiymət artımına təsir edən məqamlardan biridir.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …