Ana səhifə / İqtisadiyyat / Azərbaycanda banklara vaxt qoyuldu – RƏSMİ

Azərbaycanda banklara vaxt qoyuldu – RƏSMİ

Azərbaycan Mərkəzi Bankı aprelin 1-dən qüvvəyə minmiş “Bank sektorunda informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Qaydalar”a uyğunluq baxımından banklarda bir sıra istiqamətlərdə kamillik səviyyəsinin yüksəldiyi müşahidə olunub, lakin problemlərdə mövcuddur.

Bunu “Fintex Sammmit” Maliyyə və Texnologiya sərgisində çıxış edən Mərkəzi Bankın İnformasiya texnologiyaları departamentinin direktoru Anar Quliyev bildirib.

“Kritik hesab olunan istiqamətlərdə bank sektorunun hələ də təkmilləşdirməyə ehtiyac olduğu müşahidə edilib. Konkret olaraq kriptoqrafiya, aktivlərə nəzarətin təmin olunması, biznes davamlılığın təmin olunması kimi sahələrdə hələ də inkişafa ehtiyac var.

Mərkəzi Bank olaraq düşünürük ki, bu istiqamətlərdəki problemlər cari ilin sonuna kimi həll olunacaq və bank sektorunda kamillik dərəcəsi beynəlxalq standartların tələblərinə uyğun olacaq.

Qaydaların beynəlxalq standartlara uyğun hazırlanmasında məqsəd bank ekosisteminin beynəlxalq tələblərə tədricən adaptasiya olunmasıdır”, – A. Quliyev vurğulayıb.

Onun sözlərinə görə, bu qaydalar beynəlxalq İSO standartlarının tələblərinə uyğun olaraq yaradılaraq bank sektoruna təqdim olunub: “Bundan sonra Mərkəzi Bank tərəfindən həm onsite, həm də offsite yoxlamalar aparılaraq bank sektorunun qaydalara uyğunluğunun müşahidə olunması üçün prosedur icra olunub”./Report

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …